Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ hərbi aviasiyasının ƏN QORXULU SİLAHI: “Bütün bombaların anası” nəyə qadirdir?

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) arsenalında olan ən qorxulu silah müəyyən edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “19FortyFive” nəşrinin versiyasına əsasən, bu kateqoriyada “bütün bombaların anası” adlandırılan GBU-43/B Massive Ordnance Air Blast (MOAB) bombası analoju sursatları üstələyib.

Qeyd olunur ki, 10 ton ağırlığında olan MOAB-dan ilk dəfə 2003-cü ildə Əfqanıstanda istifadə edilib. Məlumata görə, hazırda ABŞ HHQ-nin arsenalında 15 ədəd MOAB bombası var.

Siyahıda növbəti yeri B-52 Stratofortress strateji bombardmançıları tutur. Bu təyyarələr bir qitədən digər qitəyə uçaraq döyüş tapşırığını yerinə yetirməyə və geri qayıtmağa qadirdirlər. ABŞ-da 1952-ci ildən indiyə kimi 744 ədəd B-52 təyyarəsi istehsal olunub.

www.yenicag.az

892
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100