!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın İsrailə qoşun yerləşdirmək planı varmı? - Ağ Ev açıqladı

!Reklam – Yazi

Ağ Ev ABŞ-ın milli təhlükəsizlik sahəsində maraqlarını qorumağa və bu sahədə Amerika öhdəliklərini bütün dünyada, o cümlədən İsraildə yerinə yetirməyə hazır olduğunu bəyan edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS https://www.cbs.com/ telekanalında bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq Aralıq dənizinin şərq hissəsinə aviadaşıyıcı qrup göndərilib. Kirbi qeyd edib ki, Birləşmiş Ştatların hazırda “İsraildə qoşun yerləşdirmək planları yoxdur”. Eyni zamanda o, ABŞ-ın həmişə öz maraqlarını rəhbər tutacağını vurğulayıb.

Prezident Jo Bayden administrasiyasının Konqresdən Yaxın Şərqdə hərbi güc tətbiqinə razılıq verməsini istəməyi planlaşdırıb-planlaşdırmadığı sualına Kibri deyib ki, o, “belə bir tələbin nəzərdən keçirilməsindən xəbərsizdir”.

Amerikanın NBC telekanalının məlumatına görə, Vaşinqton hazırda Ukrayna və İsrailə yardım və maliyyənin göstərilməsini bir qanun layihəsi çərçivəsində əlaqələndirmək imkanını nəzərdən keçirir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində 9 amerikalının öldüyünü təsdiqləyib./qaynarinfo

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv