!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın Putin Rusiyasına qarşı siyasəti dəyişir? – Blinken detalları AÇIQLADI

!Reklam – Yazi

ABŞ Rusiyaya münasibətində “şəxsiyyətləri” deyil, bu ölkənin siyasətini rəhbər tutacaq.

Yenicag.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Vladimir Putinin hakimiyyəti altında Qərbin Rusiya ilə “adi iş” apara biləcəyi ilə bağlı sualı cavablandıran Blinken qeyd edib ki, ABŞ “istənilən ölkə ilə şəxsiyyətlərə deyil, siyasətə diqqət yetirir”.

Dövlət katibi qeyd edib ki, sərhədlərin dəyişdirilməsinə və digər ərazilərin güc yolu ilə tutulmasına imkan verilməməlidir, çünki çəkindirmə olmadan digər təcavüzkarlar bu nümunədən istifadə edəcəklər və dünya “daha qəddar, qeyri-sabit və münaqişələrlə dolu olacaq”.

“Beləliklə, biz Rusiyanın etdiklərinə diqqət yetirmişik. Və dediyim kimi, Ukraynaya qarşı təcavüzünü davam etdirir”, – Blinken yekunlaşdırıb.

Bir gün əvvəl ABŞ dövlət katibi Rusiya prezidenti Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitinə dəvət olunma ehtimalını şərh edib.

Bu həftə Fransaya səfəri zamanı o, Rusiya-Ukrayna müharibəsində “son dərəcə vacib məqamın” olduğunu və Ukraynaya ehtiyacı olan yardımın təmin edilməsinin zəruri olduğunu bildirib və bir daha ABŞ Konqresini Amerikanın maliyyələşdirməsinin qarşısını almağa çağırıb.

www.yenicag.az

103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv