!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın San-Xose şəhərində Azərbaycan icması ilə görüş - Fotolar

!Reklam – Yazi

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının ABŞ-a səfəri çərçivəsində Kaliforniya ştatının San-Xose və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş keçirib.

Yenicag.az xəbər verir ki, komitə sədri Fuad Muradov İkinci Qarabağ müharibəsi və post-müharibə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fəallığa, vətənpərvərliyə görə icma üzvlərinə təşəkkür edib, ABŞ-da yaşayan azərbaycanlıların Azərbaycan mədəniyyətinin tanıdılmasında böyük rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun konsulu Rasim Daşdəmirov və Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı icmanın fəaliyyəti ilə bağlı fikir və tövsiyələrini səsləndiriblər. Qeyd olunub ki, Kaliforniya ştatında ən çox azərbaycanlı San-Xose şəhərində yaşayır, buradakı gənclərimiz əsasən elm və IT sahələrində çalışırlar.

Sonra Prezident İlham Əliyevin Zəfər Günü ilə bağlı videoçıxışı təqdim olunub.

Müzakirələr zamanı Kaliforniya ştatında fəaliyyət göstərən diaspor təşkilatları nümayəndələrinin və diaspor fəallarının iştirak etdiyi tədbirdə Azərbaycan diasporunun təşkilatlanması istiqamətində aparılan ardıcıl, məqsədyönlü və sistemli işin nəticələri barədə danışılıb, əldə olunan nailiyyətlərə diqqət cəlb edilib.

 

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv