Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ-ın Türkiyədəki səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırıldı

ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə nazirlikdən yayılan məlumatda bildirilib.

“ABŞ-ın Türkiyə Cümhuriyyətindəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Dövlət Departamentinin PKK-nın törətdiyi qətliama münasibətdə verdiyi açıqlamasında əksini tapan fikirlərə qarşı etiraz sərt şəkildə onun nəzərinə çatdırılıb”,-deyə nazirlikdən verilən məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 14-də PKK terrorçuları İraqın Qara bölgəsində 13 nəfər Türkiyə vətəndaşını qətlə yetiriblər. Hadisəyə münasibətdə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada Türkiyənin müvafiq qurumlarının məlumatları şübhə altına alınıb. Açıqlamada “əgər türkiyəli mülki şəxslərin qətlinin PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi xəbərləri öz təsdiqini taparsa, bunu ən sərt şəkildə pisləyəcəyik”, – ifadələri yer alıb.

Loading...

www.yenicag.az

195