!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin yeni CASUS-PEYKLƏRİ: Amerika kəşfiyyatı yeni aparatları işə salıb

!Reklam – Yazi

ABŞ Ukraynada davam edən müharibəni izləmək üçün yeni peyklərin istifadəsinə başlayıb. 

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, yeni peyklər Rusiya işğalçı qüvvələrinin hərəkəti, raket atışları və mümkün strateji hədəflər barəsində kəşfiyyat məlumatlarının əldə olunmasını sürətləndirəcək.

Məlumata görə, hazırda bu tələblərə cavab verən ABŞ peyklərinin sayı hələlik cəmi 2-dir.

Qeyd olunur ki, sözügedən peyklər ABŞ-nin Geofəza Kəşfiyyatı üzrə Milli Agentliyinin iştirakı ilə hazırlanıb.

“Orbital casus-peyklər NATO-ya və bütün dünyaya real zaman rejimində Ukraynaya hərbi müdaxilədən öncə Rusiyanın hərbi qüvvələrinin hərəkətliliyini müşahidə etmək imkanı verib”, – deyə Milli Kəşfiyyat İdarəsinin direktoru Kristofer Skolez bildirib.

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv