!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ iqtisadçılarından BƏDBİN PROQNOZ: "Yaşayış minimumu əbədi davam edə bilər"

!Reklam – Yazi

ABŞ iqtisadçıları yaşayış minimumunun daha aşağı düşməyəcəyini proqnozlaşdırırlar.

Yenicag.az “Paraanaliz”ə istinadən bildirir ki, iqtisadçıların fikrincə, xüsusilə mənzil və qaz kimi ehtiyaclar üzrə qiymət artımları davam edəcək.

Belə ki, ABŞ-də inflyasiya yavaşlasa da, ev və kirayə qiymətləri artmağa davam edir. İnvestisiya şirkətləri isə bu dinamikadan tam razıdırlar. Bununla yanaşı, tibbi məhsullar və neft qiymətlərində artımın davam edəcəyi proqnozlaşdırılır. Bu baxımdan, şirkətlər qiymətləri nə qədər artıra biləcəkləri ilə bağlı araşdırmalar aparırlar.

Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Co Bayden inflyasiyanın azaldılması üçün hərtərəfli sağlamlıq, iqlim və vergi tənzimləmələrini ehtiva edən qanun imzalayıb. Bayden “İnflyasiyanın Azaldılması Aktı”na əsasən, büdcə kəsirinin 10 il ərzində 300 milyard dollardan çox azalacağını deyib.

Gülşən

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv