!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-İran münasibətində GƏRGİNLİK: "Hücum edən ağıllı dövlət bunları hesablamalıdır" - Zərdüşt Əlizadə

!Reklam – Yazi

“İran zəif dövlət olsa idi, ona çoxdan hücum edərdilər”.

Bunu ABŞ-nin Rusiyadan öncə İranı sıradan çıxarmaq və cənubi azərbaycanlılardan istifadə etmək iddialarına münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, İran türk dövlətidir:

“Azərbaycanlılar İranda yalnız sosial haqsızlığa qarşı ayağa qalxa bilərlər. Ancaq İran dövlətini onlar öz doğma dövləti hesab edirlər. Bir çox cənubi azərbaycanlılarla söhbətlərim olub. Onlara sual verəndəki İranın parçalanmasını istəyərsiniz? Qəzəblə deyiblər ki, İran dünyada ikinci türk dövlətidir. Son minillikdə 900 il indiki İranda hakimiyyətdə türklər, son 100 ildə isə İranda farslar və kürdlər olublar. Onlar deyirlər ki, İranın parçalanmasını istəmirik. Yalnız İranda azərbaycanlıların milli hüquqlarının tanınmasını istəyirik.

ABŞ İrana hücum etmək istəyərdi. İş ondadır ki, hücum edən ağıllı dövlət gəlirini, çıxarını hesablamalıdır. Əgər İran zəif dövlət olsa idi, ona çoxdan hücum edərdilər. İran güclü dövlətdir və güclü də ordusu var. Ona görə də İrana hücum edən tərəf 100 dəfə ölçüb biçməlidir. İrana hücum qərarının çıxarılması asan iş deyil. İrana hücumu təkcə kimlərsə qərar vermir. Qərar vermək üçün cəmiyyət və konqresin fikri önəmlidir. Onlar isə düşünür ki, İran ABŞ-nin milli maraqlarına zidd heç nə etmir. İranın öz maraqları var. Bu isə ABŞ-yə təhlükə törətmir”.

Səxavət Məmməd

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv