!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ İrandakı etirazları dəstəklədiyini açıqladı

!Reklam – Yazi

“ABŞ İrandakı etirazları dəstəkləyir və etirazçılara dəstək vermək üçün bir sıra addımlar atır”.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra aqressiv addımlar atırıq. İlk növbədə, biz etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar İran hökumət rəsmilərini məsuliyyətə cəlb etməyə çalışırıq”-deyə, Sallivan bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden bildirib ki, İranda etirazlar hələ uzun müddət davam edəcək, ABŞ administrasiyası onların iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsinə qarşıdır./Report/

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv