ABŞ Konqresi “F-35″lərlə bağlı son qərarını verdi

ABŞ Konqresinin qolları – Senat və Nümayəndələr Palatası 2019-cu il üçün müdafiə büdcəsi məsələsində razılaşıblar.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, büdcənin təsdiqlənməsi ilə “F-35″lərin Türkiyəyə verilib-verilməyəcəyi məsələsinə də aydınlıq gətirilib. Əgər Tramp konqresin qərarını təsdiqləyərsə, “F-35″lərin Türkiyəyə təhvil verilməsi prosesi 90 gün müddətinə dayandırılacaq. Bu müddət ərzində isə Türkiyənin S-400 müdafiə sistemləri alması və F-35 istehsalı barədə üzərinə götürdüyü öhdəliklər müzakirə ediləcək.

Qeyd edək ki, Türkiyənin 10 şirkəti “F-35″lərin bəzi hissələrinin istehsalı ilə bağlı öhdəliklər götürüb.

Bununla belə, konqresin Türkiyənin əleyhinə verdiyi bu qərarın arxasında ABŞ-ın müdafiə naziri Cim Mattisin dayandığı bildirilir.

COP29