Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Etiketlər

F-35

F-35 etiketinə aid xəbərlər.

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb. Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, imzalanma mərasimi Nyu-York ştatının Fort Dram hərbi bazasında baş tutub. Yeni büdcə ilk növbədə hərbçilərin sayının artırılmasına yönəlib. Onların sayı təqribən 16 min nəfər artacaq. Bundan əlavə, hərbçilərin pul təminatı 2,6 faiz artırılacaq. Sənəd Ukraynaya hərbi yardım göstərilməsi, həmçinin hərbi sahədə Rusiyaya müqavimət göstərməyə yönəlmiş bir sıra tədbirlərin davam etdirilməsini nəzərdə tutur. ABŞ prezidentinin ən diqqətçəkən qərarlarından biri isə bu ölkənin Türkiyəyə satmalı olduğu F-16 qırıcılarının satışının müvəqqəti dayandırılması barədə qərarın qəbul olunmasıdı. Tramp bu qərarı ilə iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirib. Rəsmi Vaşinqton bununla Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini almasına qarşı çıxdığını gizlətmir.