!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Konqresindən Baydenə TƏZYİQ: “Ukrayna həlledici məqamda F-16-ları alacaq”

!Reklam – Yazi

ABŞ Konqresinin Ukraynaya F-16 təyyarələrinin göndərilməsi üçün prezident Co Baydenə təzyiq etdiyi bildirilir.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici işlər komitəsinin sədri Maykl Makkol “ABC News”a müsahibəsində deyib.

Makkolun sözlərinə görə, Konqres Ukraynaya F-16-lardan başqa uzaqmənzilli raketlərin göndərilməsinin də tərəfdarıdır:

“Biz Ukraynaya lazım olan və istifadə edə biləcəkləri silahları verəndə, onlar qalib gəlirlər. Biz bu prosesi ləngidəndə isə işlər zəifləyir, bu da Putinin işinə yarayır. Ancaq hesab edirəm ki, Ukrayna həlledici məqamda F-16-ları alacaq”.

Makkol əlavə edib ki, Ukraynaya ayrılan yardımlarda əsas ağırlığın silahlara verilməsi nəzərdə tutulur.

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv