ABŞ mediasının monitorinqi: Hədəfdə müsəlmanlardır

ABŞ mətbuatında milli və dini azlıqlar haqqında neqativ materiallar üstünlük təşkil edir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Vermont ştatında yerləşən “Middlebury” kollecinin həyata keçirdiyi layihə çərçivəsində ölkənin 4 ümummilli qəzetində 2018-ci il ərzində millli və dini azlıqlar barəsində dərc olunmuş maetirallar tədqiq edilib.

Bu sırada “New York Times”, “Washington Post”, “Wall Street Journal” və “USA Today” qəzetlərində afroamerikanlar, asiyalı amerikalılar, ispaniyalı, yəhudi və müsəlman qrupların adı keçən xəbərlər araşdırılıb.

Tədqiq olunan 26 min 626 məqalədən 9032-si müsəlmanlara, 6499-u afroamerikanlara, 5980-i isə yəhudilərə həsr olunub. Yazılan mənfi xəbərlər sıralamasında müsəlmanlar birinci, ispanlar isə ikinci yerdə qərarlaşıblar. Müsəlmanlarla bağlı xəbərlərin 92 faizi ABŞ xaricində baş verən kəskin qarşıdurmalar və islamçı qruplarla əlaqəlidir. ABŞ mediasında müsəlmanların mədəniyyət və təhsil sahəsində geri qaldıqları da ön plana çıxarılır. Belə ki, araşdırılan məqalələrdə mədəniyyət sahəsində müsəlmanlardan 21 faiz bəs edildiyi halda, siyasi məsələlərdə bu göstərici 84 faiz təşkil edib.

Firuzə Alimova

COP29