!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

ABŞ millisinin futbolçusu 5 dollara görə saxlanıldı

!Reklam – Yazi

ABŞ millisinin və “Atlanta Yunayted” klubunun futbolçusu Maylz Robinson saxlanılıb.

Yenicag.az xəbər verir ki, buna 25 yaşlı müdafiəçinin barda qəbul etdiyi içki görə 5 ABŞ dolları ödəməkdən imtina etməsi səbəb olub.

Məsələdən xəbər tutan obyektin rəhbərliyi dərhal polisə məlumat verərək, oyunçunun oradan çıxrılmasını xahiş edib. Robinsona ödəniş müqabilində sərbəst buraxılacağı bildirilsə də, o, razılaşmayıb. Futbolçu qaradərili olduğu üçün barmenin ona qarşı irqçilik etdiyini söyləyib.

Oğurluqda ittiham olunaraq, polis idarəsinə aparılan müdafiəçi 150 ABŞ dolları girov müqabilində sərbəst buraxılıb./Report/

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv