!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ müharibənin ildönümündə Ukraynaya yeni yardım paketini elan edəcək

!Reklam – Yazi

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynaya təhlükəsizlik üçün əlavə 2 milyard dollar yardım göndəriləcəyini deyib.

Yenicag.az xəbər verir ki, “Birləşmiş Ştatlar bu gün Ukraynaya əlavə 2 milyard dollarlıq təhlükəsizlik yardımı paketi elan edib”, – deyə Sallivan bildirib.

O, Ukraynanın “F-16” döyüş təyyarələri tələbi ilə bağlı da danışıb.

Amerikalı müşavir qeyd edib ki, Ukrayna mühüm əks-hücuma keçmək üzrədir və onlar “F-16”ların bu hücumlar çərçivəsində əsas imkanlar olduğunu düşünmürlər.

“Söhbət Ukraynanın uzunmüddətli müdafiəsindən gedir”, – deyə Sallivan qeyd edib. O bildirib ki, Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski də məsələni bu şəkildə müzakirə ediblər.

ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları fevralın 24-də müharibənin ildönümündə elan edəcəyi gözlənilir.

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv