!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ: “Mümkün münaqişədə ilk Çinin komanda və nəzarət mexanizmi hədəf olacaq”

!Reklam – Yazi

ABŞ ilə Çin arasında mümkün qarşıdurma halında Çin ordusunun komanda nəzarət mexanizmi və logistikası əsas hədəf olacaq.

Yenicag.az xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun komandanı general Devid Berger deyib.

Amerikalı general bildirib ki, Çinin də oxşar variantlara müraciət edəcəyini gözləyirlər.

ABŞ qüvvələrinin Çin kimi bir ölkə ilə qarşı-qarşıya qalması halında nə edəcəkləri ilə bağlı sualı cavablandıran Berger: “Əvvəlcə yumşaq nöqtələri hədəf alacağıq. Təsəvvür etdiyiniz kimi, bu həm logistik elementlər, həm də əmr və idarəetmə mexanizmidir”, – deyib.

General, həmçinin bildirib ki, Çin son 20 ildə ABŞ ordusunun əməliyyatlarda komandanlıq və nəzarətə böyük əhəmiyyət verdiyini bildiyi üçün bu mexanizmi necə zəiflətmək üzərində işləyir.

Berger qeyd edib ki, münaqişə olarsa, Çin də ABŞ-nin komanda-nəzarət mexanizmini hədəfə alacaq.

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv