!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin 12 universitetinə qəbul olan azərbaycanlı: "istəyirəm ki, tarixdə ad qoyum" - MÜSAHİBƏ

!Reklam – Yazi

“İstəyirəm ki, gələcəkdə dahi alim Lütfi Zadə kimi elmi inqilablara yol açmış ixtiralarım olsun və azərbaycanlı alim kimi tarixdə ad qoyum” . 

Yenicag.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında ABŞ-ın 12 nüfuzlu universitetinə qəbul olmuş azərbaycanlı yeniyetmə Omar Aşurbəyov deyib.

Omarla onun təhsil yolu və bundan sonrakı planları barədə danışdıq.

Həmin müsahibəni təqdim edirik:

– Omar, zəhmət olmazsa, özünüz haqqında məlumat verərdiniz.

– 2005-ci ildə doğulmuşam və bir neçə orta məktəbdə təhsil almışam. Lakin Binəqədi rayonu 276 saylı məktəbin məzunuyam. ABŞ universitetlərinə müraciət edərkən də bütün sənədlərdə bu məktəbi qeyd etmişəm.

– Necə oldu ki, ABŞ-da 12 universitetə qəbul olundunuz?

– Universitetə 5 ay müddətində hazırlaşmışam. SAT (Scholastic Aptitude Test) balım 1300, IELTS balım isə 6,5 olub. Lakin universitetlərə əsas qəbul səbəbim portfoliom oldu. Ona görə ABŞ universitetləri buna çox önəm verdiyi üçün bu ölkənin təhsil ocaqlarını seçdim. Yəni uşaq kiçik yaşlarından davamlı öyrənməyə meyilli olmalıdır. Mən də kiçik yaşlarımdan mütəmadi olaraq idmanla məşğul idim. Dəfələlər şahmat turnirlərində birinci yer tutmuşam və bu gün də üzgüçülük və şahmat kimi idman növləri ilə məşğul olmağa davam edirəm.

Eyni zamanda, orta məktəb qiymətlərim də yüksək olub və QHT-lərə üzv idim, bir çox xeyriyyə tədbirlərində iştirak etmişəm və orada tərcüməçilik fəaliyyətim olub. Həmçinin, İngiltərədə ingilis dili, Almaniyada alman dili kurslarında getmişəm. Qəbul aldığım universitetlər də hər biri bu amilləri nəzərə aldı və eyni zamanda 25 min dollar təqaüd almaq şansını əldə etdim.

– Azərbaycanda ali məktəbə qəbul imtahalarda iştirak etmişdiniz?

– Xeyr, iştirak etməmişəm. Çünki əsas məqsədim ABŞ-da universitetlərə qəbul olmaq idi.

– Hansı universiteti və ixtisası seçəcəksiniz?

– Mənə 12 universitetdən qəbul olunmağımla bağlı cavab gəldi. Yekun qərarım isə “İllinois Tech” universiteti oldu.

– Niyə məhz həmin universitet?

– Digər universitetlər də top universitetlər idi və hər biri mənə təqaüd verirdi. “İllinois Tech” universitetini seçməyimin də səbəbi var. Bu ali məktəb ABŞ-ın 10 ən yaxşı universitetindən biridir. ABŞ bu təhsil ocağında aparılan tədqiqatalara görə külli miqdarda maliyyə ayırır. Sırf kompüter elmləri sahəsində ixtisaslaşıb və Çikaqo ştatında yerləşir. Kompüter elmləri sahəsini seçməyimin səbəbi də odur ki, bu ixtisası bitirən tələbələr kompüter elmlərinə dərindən yiyələnmiş olurlar.

– Universiteti bitirdikdən sonra ölkəyə qayıtmağı düşünürsünüz?

– Bu barədə indidən dəqiq nəsə deyə bilmərəm, araşdırmalarıma görə, İT sahəsində ixtisaslaşmış ən yaxşı universitetlər ABŞ-dadır və bu ölkədə imkanlar daha genişdir. İstəyirəm ki, gələcəkdə dahi alim Lütfi Zadə kimi elmi inqilablara yol açmış ixtiralarım olsun və azərbaycanlı alim kimi tarixdə ad qoyum.

Qeyd edək ki, Omar Aşurbayəvun ABŞ-da qəbul aldığı universitet aşağıdaklardır:

“Michigan University”, “İllinois Tech”, “South Florida”, “UMass Lowell”, “University of Arizona May”, “Rochester tech Feb 1”, “University of Washington”, “Washington State University”, “New York Institute of Technology (NYIT)”, “Michigan State University”, “Georgia State University”, “University of Central Florida”.

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv