!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin artan antiAzərbaycan FƏALİYYƏTİ: "Dövlətlərin daxili işlərinə qarışaraq idarəolunan proses formalaşdırmaq..."

!Reklam – Yazi

“Bu, ABŞ-nin Azərbaycana qarşı nə qədər qərəzli olduğunun və ikili standartlar siyasəti yürütdüyünün göstəricisidir”.

Bu fikirləri ABŞ-nin Azərbaycanda agentura şəbəkəsini hərəkətə keçirməsindən danışan Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ-nin məqsədi müxtəlif dövlətlərin daxili işlərinə qarışaraq idarəolunan proses formalaşdırmaqdır:

“Bunun səbəblərini və motivlərini çox yaxşı bilirik. Qərbin ən yaxşı bacardığı şeylərdən biri demokratiya adı altında fəaliyyət göstərməkdir. Bunu da, adətən, Beynəlxalq İnkişaf Agentliyinin vasitəsilə reallaşdırır. Məqsəd isə medianın imkanlarından, vətəndaş cəmiyyəti institutlarından bəhrələnərək müxtəlif dövlətlərin daxili işlərinə qarışaraq idarəolunan proses formalaşdırmaqdır. Bu baxımdan, hazırda “Abzas Media” qurumunun da fəaliyyəti diqqət mərkəzindədir. Qurumun təkzibolunmaz sübutlarla müxtəlif donor təşkilatlardan maliyyələşdirildiyi üzə çıxarıldı.

Bu dünyada havayı heç nə yoxdur. Havayı, olsa-olsa, siçanı tutmaq üçün tələdəki pendir ola bilər. Dərinliyə getsək, həmin pendirin də müəyyən dəyəri var. Yəni bu misallardan belə nəticə çıxarmaq lazımdır ki, ABŞ bir senti belə boşuna xərcləməz.

Hazırda aparılan araşdırmalarda “Abzas Media”nın böyük məbləğlər əldə etmək imkanının olmadığı üzə çıxarılıb. Ancaq onların ofisindən qırx min dəyərində xarici valyuta aşkarlanıb. Bu, işin hələ görünən hissəsidir. Belə qurumların maliyyələşdirilməsində konkret olaraq tək məqsəd ölkədə vətəndaş həmrəyliyini pozmaq, cəmiyyəti dağıtmaq, hakimiyyət və xalq arasında uçurum yaratmaqdır.

Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauerin Ermənistana səfəri zamanı Qarabağdan könüllü olaraq çıxanları məcburi köçkün adlandırması, Azərbaycana səfəri zamanı isə heç qaçqınlarla görüşmək istəməməsi təsadüfi hal deyil. Bu, ABŞ-nin Azərbaycana qarşı nə qədər qərəzli olduğunun və ikili standartlar siyasəti yürütdüyünün göstəricisidir. Bu səbəbdən Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən beynəlxalq donor qurumlarla əməkdaşlıq edən media qurumlarının aqibətləri eyni olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv