!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin Cənubi Qafqaza daxilolma PLANI: "Ermənistana qarşı qeyri hərbi təsir üsullarını..."

!Reklam – Yazi

“Rusiyanın Cənubi Qafqaz regionunda təsiri birbaşa olsa da, Amerika bunu dolayı yollarla edə bilər”.

Bunu ABŞ-nin sülh çağırışlarının hansı perspektivdə uğur qazanacağını şərh edən politoloq Yeganə Hacıyeva Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ-nin Cənubi Qafqazda sülh təşəbbüsləri yetəri qədər deyil:

“İlk sual budur, ABŞ Cənubi Qafqazda sülh istəyirmi? Bəli, istəyir. Digər sual isə istədiyi sülhə nail olmaq üçün yetəri qədər səy göstərirmi? Xeyr.

Ermənistanın siyasəti hamıya qarşı oynamaqdır. Biz bunu Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən müşahidə edirik. Münasibətlərdə gərginlik yaşanan kimi Rusiya əleyhinə fəaliyyət göstərir, istədiyini əldə etdikdən sonra isə yaxınlaşmağa cəhd edir. Bunu bir növ alət kimi istifadə edir. ABŞ-yə yaxınlaşdığını göstərərək Rusiyadan, Rusiyaya yaxınlaşdığını göstərərək ABŞ-dən istədiyini qoparır.

ABŞ-nin Cənubi Qafqazda sülhü təmin etmək üçün müxtəlif təsir rıçaqları var. Rusiyanın bu regionda təsiri birbaşa olsa da, Amerika bunu dolayı yollarla edə bilər. ABŞ Cənubi Qafqazda sülh istəyirsə, Ermənistana qarşı qeyri hərbi təsir üsullarını artırmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv