!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin Çindən əsas qorxusu: Dünya istehsalının beşdə birini təşkil edən ölkə yoxsulluqdan belə xilas oldu – MÜSAHİBƏ

!Reklam – Yazi

“ABŞ özünü Çinin inkişafının getdikcə yavaşladığına inandırmaq istəyir”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-ni narahat edən Çin faktoru haqqında sualları cavablayarkən hüquq elmləri doktoru, Rusiyanın əməkdar hüquqşünası, professor Yuri Jdanov deyib.

Professor ilə müsahibəni təqdim edirik:

– Amerikalıların narahatlığının əsası nədir?

– Faktlar və rəqəmlərdir. Bu ilin may ayında Qərb mediası Çinin qlobal yüksəlişi və Amerika ilə qarşıdurmasının artması ilə bağlı xəbərlər yayımladı.

– Çin həqiqətənmi gücün pik nöqtəsinə çatmaq üzrədir?

– Çinin artıq bu gücə çatdığını və daha da inkişaf etdiyini düşünürəm. Düzdür, Çin qapalı ölkə olaraq qalır. Daxili işləri haqda çox şey bilmirik. Lakin bildiyimiz Çinin yüksəlişinin son 40 ildə onu dünyanın beynəlxalq gücünə çevirməsinə imkan yaratmasıdır.

Bu ölkə 1978-ci ildə iqtisadiyyatda islahatlara başladıqdan sonra ümumi daxili məhsulun (ÜDM) istehsalı ildə orta hesabla 9 faiz artdı. Atılan iqtisadi addımlar milyonlarla Çin vətəndaşını yoxsulluqdan xilas etdi. Bu gün Çin dünya istehsalının demək olar ki, beşdə birini təşkil edir. İstehsal bazası qlobal iqtisadiyyatı yenidən formalaşdırdı.

– Amerikalılar Çinlə iqtisadi rəqabətdən qorxurlar?

– Təkcə iqtisadi rəqabətdən yox. Çinin iqtisadi trayektoriyası dəyişdikcə, daha döyüşkən olacağından qorxurlar. Hər kəsi buna inandırmaq üçün çoxlu səbəb deyirlər.

– Çin texnologiya sahəsində də liderə çevrilibmi?

– Bəli, bu danılmaz faktlardan biridir. Təkcə bir misal çəkmək kifayətdir. Çin batareya rəqabətində Amerikaya qalib gəlir.

– Qərbi batareya istehsalında Çindən geri salan fakt nədir?

– Amerikalı ekspertlər mövzu ilə bağlı açıqlamalarında coğrafi, logistik və siyasətlə bağlı çoxsaylı çətinliklərin olduğunu deyirlər. Lakin batareyaların istehsalı üçün lazımlı maddələr torpaq metallarının mövcudluğundan asılıdır. Xüsusilə də litiumdan.

2015-ci ildə CPC rəhbərliyi batareya istehsalı üçün sərmayə qoymaq və akkumulyatorların istehsalı üçün zavodlar tikmək planını ortaya atdı.
Plan istehsalın ən sadə səviyyəsindən – kobalt, litium, manqan və nikelin tapılmasından başlayır. Bu mineralların əksəriyyəti Çindən kənarda, Çili, Avstraliya, Boliviya və Konqo Demokratik Respublikası kimi ölkələrdə tapılır. Lakin “China Inc” dünya üzrə mədənlərlə mülkiyyət və tərəfdaşlıq haqqında danışıqlar aparıb, 2018-ci ildən 2021-ci ilin birinci yarısına qədər  beynəlxalq miqyasda litium mədənlərinə təxminən 4,3 milyard dollar sərmayə qoyub. Və bu minerallar yerdən çıxarıldıqdan sonra istifadə üçün Çinə məxsus fabriklərə göndərilir. 2019-cu ilə qədər Çin şirkətləri akkumulyator materiallarının qlobal istehsalının 80 faizini təşkil ediblər.

– ABŞ lazımi xammalı tapa bilmir?

– ABŞ-də hazırda yalnız bir litium mədəni var. Litium hasilatı və emalı qeyri-sabitdir. Ətraf mühitlə bağlı narahatlıqlar ABŞ-nin batareya istehsalını təxminən 1 faiz məhdudlaşdırır.

Rusiyada və Ukraynada böyük miqdarda litium var. Ukraynanın hərbi yardım üçün Qərbə litium ödədiyi ehtimal olunur.

www.yenicag.az

3422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv