!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin əl-qolunu “bağlayan” OBAMA DOKTRİNASI: Eks-prezidentin hansı qərarı Vaşinqtona mane olur?

!Reklam – Yazi

ABŞ Rusiyanın hərbi təcavüzü ilə üzləşən Ukraynaya hələ də yetərli səviyyədə hərbi dəstək vermir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə “Foreign Policy” nəşrinin hazırladığı analitik materialda qeyd olunub.

Müəlliflərin yazdığına görə, ABŞ-ın eks-prezidenti Barak Obamanın hakimiyyət dönəmində qəbul olunan yanlış qərarlar Vaşinqtiona ciddi maneələr törədir və bu, Ukraynaya hərbi yardım məsələsində özünü daha qabarıq göstərir:

“Həqiqətən, bütün bu çətinliklər Obamanın Rusiyaya yönəlik siyasətindən qaynaqlanır. Təsdiq etmək olar ki, Obamanın Rusiya ilə Ukraynaya yanaşması ABŞ və müttəfiqlərinin Vladimir Putinin başladığı total müharibəyə münasibətini formalaşdırır”.

Materialda qeyd olunur ki, ABŞ-nin Rusiyaya yönəlik yanlış siyasətinin əsası hələ kiçik Buş dönəmində – Gürcüstana hərbi təcavüz edən Rusiyanın cəzalandırılmasından imtina ilə qoyulmuşdu. Buşun xələfi olan Barak Obamanın vaxtında isə bu yanlışlıq daha da dərinləşdirildi və təcavüzkar Rusiya ilə münasibətlər yenidən vüsət aldı. Obama Ukraynanın ABŞ-nin strateji prioriteti olmadığını bəyan etməklə, hazırda bu ölkəyə yetərli hərbi dəstək göstərilməsinə də ciddi əngəl formalaşdırıb.

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv