!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin “hibrid tribunal” TƏŞƏBBÜSÜ: Rusiyanın hərbi cinayətləri necə araşdırılacaq?

!Reklam – Yazi

Vaşinqton Rusiyanın hərbi cinayətlərinə qiymət verilməsi üçün “hibrid tribunal” təklifində təkid edir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Haaqada keçirilən mətbuat konfransında çıxış edən ABŞ baş prokurorunun köməkçisi Kennet A. Polit-kiçik danışıb.

Onun sözlərinə görə, ABŞ bu məslədə Ukrayna ilə tərəfdaşlarla əməkdaşlığın başlamasını səbirsizliklə gözləyir:

“ABŞ Ukrayna qanunvericiliyinə əsaslanan, lakin beynəlxalq hüquq konsepsiyasının rəhbər götürüldüyü beynəlxalq tribunalın yaradılması ideyasını dəstəkləyir.

ABŞ bu məsələdə ədalətin və mühakimənin təmin edilməsinə yönəlik dayanıqlı forumun yaradılması üçün Ukrayna, o cümlədən Avropa İttifaqı üzrə tərəfdaşları ilə əməkdaşlığın başlamasını səbirsizliklə gözləyir”.

O da qeyd olunur ki, Rusiyanın hərbi cinayətlərinin araşdırılması üçün tamhüquqlu beynəlxalq tribunalın yaradılmasını daha məqsəduyğun sayan Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-nin “hibrid tribunal” təşəbbüsünü tənqid edib.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv