!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin İrana MESAJI: “Sizi daha çox sıxışdırmadan təklifi qəbul edin!” - ŞƏRH

!Reklam – Yazi

“ABŞ İranda uranın zənginləşdirilməsinin yekunlaşmaq üzrə olduğunu bilir. Bu səbəbdən İrana “biz sizi daha çox sıxışdırmadan təklifimizi qəbul edin!” mesajı verir”.

Bunu ABŞ dövlət katibi Entoni Blinkenin İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa dəvət etməsinin verəcəyi nəticələr haqqında fikirlərini səsləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasıdna deyib.

O, bildirib ki, Entoni Blinkenin təklifi ABŞ-nin İranın nə işlər gördüyünün fərqində olduğunun mesajıdır:

“ABŞ İranda uranın zənginləşdirilməsinin yekunlaşmaq üzrə olduğunu bilir. Bu səbəbdən İrana “biz sizi daha çox sıxışdırmadan təklifimizi qəbul edin!” mesajı verir. Əgər qarşısı alınmazsa, yaxın iki il ərzində İran nüvə silahını əldə edə biləcək. Bu isə ABŞ-nin maraqlarına tamamilə ziddir. Və tədbir görülməzsə, Cənubi Qafqaz regionunun ABŞ-nin nəzarətindən çıxma ehtimalı var.

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa təkliflə ABŞ İranı məsələnin məntiqi yolla həllinə çağırır. Bir sözlə, ABŞ İranı nüvə silahının istehsalından çəkindirmək istəyir. ABŞ-İran münasibətlərinin illər ərzində olan gedişatına baxsaq, prosesin müvəqqəti olduğunu müşahidə edə bilərik. Çünki Yaxın Şərqdə mövcud olmağı ABŞ kimi İran da istəyir. Burada maraqlar toqquşur. Müəyyən məsələlərdə hər iki dövlət gizli əməkdaşlıq etsə də, bəzi məsələlərdə bir-birinə imkan yaratmaq istəmirlər. Bu səbəbdən ABŞ-nin təklifinin ciddi nəticələrinin olacağını düşünmürəm”.

Nəsimi Ələsgərli

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv