!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin İrəvana artan təzyiqinin NƏTİCƏLƏRİ: “Qarşıdakı aylarda Ermənistan bu addımı atacaq” - ŞƏRH

!Reklam – Yazi

“Qarşıdakı aylarda Ermənistanın qaçacaq yerinin olmaması səbəbindən sülhə doğru addımlar atacağının şahidi olacağıq”.

Bunu son zamanlar ABŞ-nin Ermənistana təzyiqinin artması səbəbindən sülh müqaviləsinin mümkünlüyündən danışan politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ABŞ son dövrlər Cənubi Qafqazda baş verən proseslərdə aktivlik göstərərək, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində əsas amilə çevrilmək istəyir:

“Erməni mediası may ayının sonlarına qədər sülhün əldə olunması üçün ABŞ təzyiqlərinin artdığını yazır. Bu xəbərlər həqiqəti əks etdirir. Çünki Qərb nəinki Cənubi Qafqazda, baş verən bütün proseslərdə Rusiyanı sıxışdırıb çıxarmağa çalışır.

Cənubi Qafqazdan Rusiyanın çıxarılması üçün ona olan ehtiyacı aradan qaldırmaq lazımdır. Yəni Ermənistan-Azərbaycan arasında münaqişəni həll edərək, Rusiyaya olan ehtiyacı sonlandırmaq mütləqdir. ABŞ-nin əzəli düşməni sayılan Rusiyanın Cənubi Qafqazdan çıxarılması region ölkələrinin də maraqlarına xidmət edir.

İran və Fransanın açıq dəstəyi olduğu bir zamanda Ermənistanın ABŞ təzyiqi ilə sülh müqaviləsinin ilkin şərtlərinə əməl edəcəyini düşünmürəm. May ayının sonları olmasa da, qarşıdakı aylarda Ermənistanın qaçacaq yerinin olmaması səbəbindən sülhə doğru addımlar atacağının şahidi olacağıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv