!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin kabusuna çevrilən ÇİN: NASA bu məsələdə onları günahlandırır - DETALLAR

!Reklam – Yazi

“Bu, dünyanın başqa yerlərindən gələn texnologiya ola bilər”.

Yenicag.az xəbər verir ki, bunu UNO-ların Çinə aid olduğu iddiası ilə çıxış edən NASA-nın Elm Missiya Müdirliyində uzun müddət xidmət edən köməkçi administrator doktor Tomas Zurbuxen deyib.
O, bildirib ki, Çin amerikalılar tərəfindən görülən UNO iddialarında günahkar ola bilər:

“NASA naməlum uçan obyektlərin real olduğunu və “dost olmayan” qabaqcıl texnologiyalar ola biləcəyini iddia edir. ABŞ Kosmik Agentliyinin mütəxəssisləri UNO-ların Çindən gələn qabaqcıl texnologiya ola biləcəyi barədə xəbərdarlıq edir. Bəziləri isə onların həqiqətən də digər planetlərdə həyatın sübutu ola biləcəyinə inanırlar.

NASA mütəxəssisləri UNO-ların “dost olmayan” qabaqcıl texnologiya ola biləcəyini, naməlum uçan obyektlərin ən azı 1950-ci illərdən bəri Amerikanın populyar mədəniyyətində olduğuna işarə edərək bir sıra açıqlamalar verir.

UNO-larla bağlı iddiaların və mediada xəbərlərin tez bir zamanda gündəm olmasına səbəb ABŞ qırıcı pilotunun fevral ayında Atlantik okeanını keçərkən onlardan birini vurmasıdır. Şar fenomenini gözardı edə bilmərik. Çünki gördüklərimizə məhəl qoymasaq, gözləmədiyimiz anda nələrsə baş verə bilər.

İzah olunmayan hadisələrin olması mənim üçün sual doğurmur. UNO-ların nə olduğu, mövcudluğu hələ də sübut edə bilmədiyimiz bir şeydir. Əgər biz texnologiyaya baxırıqsa, onların dostcasına dünyaya gələ biləcəyi ehtimalını da göz ardı etməməliyik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv