!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin Moskva görüşünə REAKSİYASI: "Millerin sözlərindən bu qənaətə gəlmək olar ki..."

!Reklam – Yazi

“Prinsip etibarilə Vaşinqton və Brüssel görüşlərində real nəticələr əldə olunub. Ən önəmlisi, ölkələr qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanıyıb”.

Bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən son görüşünə Vaşinqtonun reaksiyasından danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, növbəti görüşlər daha konstruktiv olacaq:

“ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən görüşü barədə fikirlərini səsləndirərkən məsələnin onlar üçün əvvəlki kimi prioritet olaraq qaldığını deyib.

Millerin sözlərindən bu qənaətə gəlmək olar ki, Vaşinqton Moskva görüşündən və ya Rusiyanın proseslərdəki varlığından narahat deyil. Prinsip etibarilə, Vaşinqton və Brüssel görüşlərində real nəticələr əldə olunub. Ən önəmlisi, ölkələr qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanıyıblar.
Prezident İlham Əliyevin bunu sülh sazişinin digər maddələrinin razılaşdırılması üçün əsas problem hesab etməsi təsadüfi deyildi. Bu problem aradan qalxdığı üçün danışıqların bundan sonrakı raundlarının daha konstruktiv olacağını rahat şəkildə söyləmək olar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv