!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin müəyyənləşdirdiyi “Ukrayna” PLANI - TƏHLİL

!Reklam – Yazi

NATO-nun baş katibi Yens Stoltenberq deyib: “Şərtlər yerinə yetirildikdə, biz Ukraynanı üzv olmağa dəvət edəcəyik”. Eyni ifadələrdən bir neçə gün əvvəl “Foreign Affairs” jurnalında dərc olunan “Ukraynanın üzvlük marşrutunu ABŞ müəyyən edibmi?” təhlilində də istifadə edilib.

Yenicag.az xarici mediaya istinadən NATO-nun Ukraynanı üzv kimi qəbul etməsi gündəmini qiymətləndirən təhlil yazısını təqdim edir.

NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynanın NATO-ya üzvlüyü üçün paket hazırladıqlarını və şərtlər yerinə yetirildikdən sonra Ukraynanı üzvlüyə dəvət edəcəkləri açıqlamasından sonra maraqlı bir məlumat üzə çıxıb. ABŞ-nin xarici siyasətinin müəyyənləşdirilməsində ən təsirli nəşr sayılan ‘Foreign Affairs’ jurnalında bu yaxınlarda dərc edilən məqalədə Stoltenberqin işlətdiyi ifadələrin yer aldığı aydınlaşıb .

“Sərhədləri Rusiya ilə ziddiyyət təşkil edən Ukraynanın alyansa üzv olması özü ilə böyük bədəl gətirir… Ukraynaya dəstək davam etdirilməli, tədricən artırılmalı, ölkə sərhədlərinin sabitləşməsi gözlənilməlidir. Ukrayna yalnız bu şərtləri yerinə yetirdikdən sonra NATO-ya qəbul edilməlidir”.

“ABŞ MARAQLARI”

Məqalədə “Ukraynanın NATO-ya üzvlüyünün ABŞ-nin milli maraqlarına zidd olduğu” açıq şəkildə qeyd edilir. 2008-ci ildə ABŞ-nin o zamankı prezidenti Corc Buş Ukrayna və Gürcüstanın NATO-ya daxil olması üçün səy göstərib. Lakin Rusiya milli təhlükəsizliyini əsas gətirərək hər iki ölkəyə müharibə elan etdi. Ukraynanın alyansa daxil edilməsi Rusiyaya müharibə dəvəti göndərməyə bərabərdir. Üzvlük halında bütün NATO üzvləri dağıdıcı müharibəyə sürüklənəcək, ona görə də Ukraynaya açılan bu qapı bağlanmalıdır”, – deyə ABŞ xarici siyasət ictimaiyyətinin fikirləri səsləndirilib. Məqalədə Co Bayden hökumətinin “ABŞ-nin Ukraynadakı strateji məqsədləri və milli maraqları hələ də aydın və müəyyən edilməmişdir” bəyanatı da yer alıb.

UKRAYNANIN ÜZVLÜYÜ NÜVƏ MÜHARİBƏSİ DEMƏKDİR

Rusiya ilə müharibə baş verə bilər. “ABŞ-nin bu riskə görə Ukraynadakı müharibədə birbaşa iştirak etmədiyi” bildirilən məqalədə “Ukraynaya gələcək üzvlüyü NATO-nun Rusiya ilə müharibəyə çıxması anlamına gələ bilər” xəbərdarlığı edilib. Təhlildə, hətta Rusiya-Ukrayna müharibəsi sona çatsa belə, Ukraynanın gələcəkdə Rusiyanın ilhaq etdiyi regionlar uğrunda mübarizəni davam etdirəcəyi və ABŞ-ni bilavasitə müharibəyə cəlb edəcəyi bildirilib.

Nəsimi Ələsgərli

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv