!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin nüfuzlu “beyin mərkəzi”: “Aralıq dənizinin şərqində Türkiyənin iştirakı olmadan...”

!Reklam – Yazi

Aralıq dənizinin şərq hissəsində enerji layihələrinin həyata keçirilməsində yeni mərhələnin başlandığı bildirilir.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, ABŞ-nin nüfuzlu beyin mərkəzlərindən biri olan Xarici Siyasət Araşdırmaları İnstitutu “Aralıq dəniznin şərq hissəsində təbii qaz siyasətlərində uzun və isti yay” başlıqlı təhlil dərc edib.

İnstitutun tanınmış ekspertlərindən Coşua Krasnanın hazırladığı analizdə dünya bazarında təbii qazın qiymətinin artması fonunda Avropa bazarında yaranan tələbat səbəbindən Aralıq dənizində “təbii qaz müharibəsinin başladığı” iddia edilib.

Müəllifin yazdığına görə, Aralıq dənizində zəngin enerji mənbələri olsa da, ixrac kəmərlərinin çatışmazlığı və təbii qazın mayeləşdirilməsi üçün yalnız Misirin kifayət qədər imkanlara malik olması böyük problem yaradır. Belə bir şəraitdə İsrail və Cənubi Kipr yeni layihələr gerçəkləşdirməyə çalışırlar.

Məqalədə bölgənin qaz hasilatı və nəqli uğrunda rəqabətin gözlənilməz siyasi yaxınlaşmalara səbəb olduğu vurğulanıb. Eyni zamanda, Cənubi Kipr, Misir, İsrail, Yunanıstan, Livan və Türkiyənin bu istiqamətdə davamlı olaraq yeni addımlar atmasının vacibliyi də qeyd edilib.

Ekspertin fikrincə, bəhs edilən regionda Türkiyənin iştirakı olmadan hər hansı enerji layihəsinin uğurla gerçəkləşdirilməsi çox problemli görünür.

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv