!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin qərarı bu şirkətin səhmlərinə böyük zərbə vurdu

!Reklam – Yazi

ABŞ-nin qərarı dünyanın ən böyük çip istehsalçısı olan “Taivan Semiconductor Manufacturing” (TSMC) şirkətinin səhmlərinə böyük zərbə vurub.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, ABŞ Ticarət Departamenti yeni ixrac nəzarətinin Çinin qabaqcıl hesablama çipləri əldə etməsi, superkompüterlər hazırlamaq və onlara qulluq etməsi, həmçinin qabaqcıl yarımkeçiricilər istehsal etmək imkanlarını məhdudlaşdıracağını proqnozlaşdırır. Açıqlamada çiplərin istehsalında istifadə edilən avadanlıqların lisenziyasız Çinə satışına icazə verilməyəcəyi bildirilib.

ABŞ-nin bu qərarı nəticəsində TSMC şirkətinin səhmləri rekord həddə 8,3 faiz azalıb.

Bununla yanaşı, 31 Çin şirkəti həssas texnologiya ixracına görə ABŞ səlahiyyətliləri tərəfindən etibarlılığı yoxlanıla bilməyən şirkətlər siyahısına əlavə edilib.

Gülşən

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv