!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin regionda sülh istəyinin ƏSL SƏBƏBİ: "Cənubi Qafqazda münaqişənin gərginləşdirilməsi üçün..."

!Reklam – Yazi

“Yaxın günlərdə Ermənistan-Azərbaycan XİN rəhbərlərinin Vaşinqtonda yenidən görüşəcəklərini güman edirəm. Sülh müqaviləsinin bağlanması üçün müvafiq addımların atılacağı gözlənilir”.

Bu proqnozu son baş verən erməni təxribatlarına ABŞ-nin reakiyasından danışan politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, son dövrlər ABŞ rəhbərliyi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını üçün fəal çalışır:

“Ermənistan-Azərbaycan XİN rəhbərlərinin Vaşinqtonda keçirilən görüşündə iki ölkə arasında münaqişəli məsələlərin həll olunması yolunda bir sıra razılıqlar əldə edildi. Əlavə olaraq, Brüssel görüşündə isə Ermənistan Qarabağ daxil olmaqla, Azərbaycanın 86.6 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanıdı. Bu, sülh yolunda böyük irəliləyişlərdən biri idi.

ABŞ-nin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyi hər kəsə məlumdur. Lakin buna mane olan amillər var. İlk amil isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlana bilməməsidir. Sülh müqaviləsinə qarşı çıxan qüvvələr isə hər birimizin bildiyi kimi, İran və Rusiyadır. İran Zəngəzuru özünün “qırmızı xətt”i hesab edir. Rusiya isə özünün Cənubi Qafqazda varlığının vacib olduğunu sübut etmək istəyir. Sülhmərmalıların müşayiəti ilə ermənilərə silah daşınması məhz bunun nəticəsidir.

Cənubi Qafqazda münaqişənin gərginləşdirilməsi üçün Fransa xüsusi canfəşanlıq edir. Fransa XİN rəhbəri verdiyi bəyanatla beynəlxalq hüquq normalarını tapdalayaraq Azərbaycanın daxili işlərinə qarışır. Əlavə olaraq, Fransanın daim Ermənistanı müdafiə edəcəyini bəyan edir. Fransanın Azərbaycana qarşı bu cür qərəzli mövqeyi qəbuledilməzdir”.

Politoloq bildirib ki, ABŞ-nin Cənubi Qafqazda baş verən proseslərə reaksiyasını müsbət dəyərləndirilq bilər:

“Yaxın günlərdə Ermənistan-Azərbaycan XİN rəhbərlərinin Vaşinqtonda yenidən görüşəcəklərini güman edirəm. Sülh müqaviləsinin bağlanması üçün müvafiq addımların atılacağı gözlənilir. ABŞ-nin Cənubi Qafqazda sülhün təsis edilməsində maraqlı olduğu görünür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv