!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin uzanmasında əsas marağı - TƏHLİL

!Reklam – Yazi

Kollektiv Qərb Kiyevlə Rusiya arasında silahlı qarşıdurmanı uzatmaq üçün hər şeyi edir.

Yenicag.az hüquq elmləri doktoru, Rusiyanın əməkdar hüquqşünası, professor Yuri Jdanovun Rusiya-Ukrayna müharibəsində ABŞ-nin maraqlarından danışdığı müsahibəni təqdim edir.

O, ABŞ-də Demokratlar Partiyası tərəfdarlarının prezident seçkiləri ərəfəsində Ukraynanı dəstəkləmək lehinə getdikcə daha çox inandırıcı arqumentlər tapmağa məcbur olduqlarını bildirib:

“Ukraynadakı hərbi münaqişədən hamı, o cümlədən sadə amerikalılar və avropalılar əziyyət çəkir. Bu fəlakətlərin günahı getdikcə daha çox ABŞ-nin üzərinə düşür. Bu da demokratların seçkiqabağı mövqeyini sarsıdır. ABŞ prezidenti Co Bayden administrasiyası bu mövqeyi müdafiə etməyə məcburdur”.

ABŞ-nin Ukraynaya dəstəyi doğrudanmı millətin maraqlarına uyğundur?

“Prezident Co Bayden Ukraynaya ardıcıl dəstək verib və göstərməkdə davam edir. Lakin Respublikaçıların hər iki aparıcı namizədi Donald Tramp və Florida ştatının qubernatoru Ron DeSantis Rusiya-Ukrayna müharibəsinə “ərazi mübahisəsi” kimi baxır və tezliklə həllini axtarırlar.

ABŞ üçün Ukrayna həyati milli maraq deyil. Hətta Brukinqs İnstitutundan Robert Kaqan kimi liberal beynəlmiləlçilər də bu münaqişənin ABŞ-nin milli maraqlararına təhlükə törətmədiyini etiraf ediblər.

Bayden administrasiyasının Milli Müdafiə Strategiyasında ABŞ-nin ən mühüm strateji rəqibi Rusiya deyil, Çin faktorudur. Amerikalıların əksəriyyəti ABŞ-nin dünya miqyasında liderliyini dəstəkləməyə hazırdırlar. Ancaq bir şərtlə, bunun özlərinin milli maraqlarına uyğun olduğundan əmin olsunlar.

Ukrayna xalqı ilə həmrəylik üçün altruistik arqumentlər onlara kifayət etmir. Amerikalılar, xüsusən də mühafizəkarlar Ukraynanı dəstəkləmək üçün “öncə Amerika” kimi ciddi arqumentlər tələb edirlər”.

İmic Ukraynaya dəstək verənlərin əsas arqumentləri deyil?

“Əlbəttə. Amerikalı ekspertlər hesab edirlər ki, Rusiya üzərində qələbə Çin-Rusiya tərəfdaşlığını zəiflədəcək. Rusiyanın məğlubiyyəti isə Sinin nüfuzuna böyük ziyan vuracaq, Çin liderinin uduzan tərəfi dəstəklədiyini açıq-aydın göstərəcək. Putinin Ukraynada qalib gəlmə ehtimalı isə düşünülsə, bu, Çinin Avropada iqtisadi təsirinin genişlənməsinə səbəb olacaq. ABŞ-nin gücünə şübhə ilə yanaşan avropalılar, çox güman ki, Rusiya ilə iş görməyə başlayacaq”.

“Dollar” bu münaqişədə hansı rolu oynayır?

“Amerikalı ekspertlər səmimi etiraf edirlər ki, Ukraynanın silahlanması ABŞ-nin hərbi-sənaye bazasını canlandırır. İş ondadır ki, Konqresin Ukraynanın silahlanmasına ayırdığı pullar Ukraynada xərclənmir. Ya Ukraynaya ABŞ öz hərbi ehtiyatlarından silah göndərir, ya da Kiyevə göndərilən silahlar istehsal olunur. Ukraynaya yardım ABŞ-da iş yerləri yaradır. Soyuq Müharibədən sonra əhəmiyyətli dərəcədə zəiflədiyi iddia edilən hərbi-sənaye bazasını canlandırır.

Amerikalılar da NATO tərəfdaşları tərəfindən Ukraynaya göstərilən yardımdan faydalanır. Müttəfiqlər Ukraynanı hərbi texnika ilə təmin etməklə, Sovet dövründən qalma köhnəlmiş silah sistemlərini daha yeni, daha müasir NATO-ya uyğun sistemlərlə əvəz etmək prosesindədirlər. Bu silahların bir çoxu da bildiyimiz kimi ABŞ-də istehsal olunur. Amerikalı işçilər, ordu və ABŞ-nin həyati əhəmiyyətli müdafiə sənayesi bundan faydalanır”.

ABŞ Ukraynanın Rusiyanı məğlub etməyə qadir olduğuna inanırmı?

“ABŞ-nin hazırkı və keçmiş hərbi liderləri Ukraynaya Rusiyanı məğlub etmək üçün lazım olan silahlar verilərsə, qalib gələ bilər deyirlər. Ordunun baş qərargah rəisinin keçmiş müavini, istefada olan general Cek Kin Ukraynaya Rusiyanı məlub edə bilməsi üçün lazım olan silahların siyashını sadaladı: piyadaların daşınması üçün tanklar və zirehli maşınlar, uzaqmənzilli dəqiq artilleriya, hava hücumundan müdafiə sistemləri və müasir döyüş təyyarələri. Son olaraq isə o, hazırki administrasiyanı Ukraynaya edilən yardımlarda gecikmələrə görə tənqid edib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv