!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin “sağı göstərib, solu vurmaq” TAKTİKASI: “Azərbaycanın guya hücuma keçəcəyi barədə...”

!Reklam – Yazi

“ABŞ ictimai diqqəti İran və digərlərinin üzərindən yayındıraraq, Cənubi Qafqaza yönəltmək istəyirdi”.

Bu fikirləri Ermənistandakı ABŞ və Rusiya səfirliyinin öz vətəndaşlarını bəzi istiqamətlərə səfərdən çəkindirməyə yönəlik xəbərdarlığını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən ölkələrin bu xəbərdarlığı Azərbaycanın guya hücuma keçəcəyi barədə rəy formalaşdırmaq cəhdidir:

“Bu çağırış həddindən artıq təəccüblüdür. Çünki hazırda ortamı gərginləşdirəcək, qarşıdurma yaradacaq heç bir səbəb yoxdur. ABŞ bu çağırışı edərkən, Azərbaycanın guya hücuma keçəcəyi barədə rəy formalaşdırmağa çalışır. Azərbaycanın belə bir fikiri yoxdur və rəsmi Bakı bu məsələdə sülh yolunu tutub.

Hesab edirəm ki, ABŞ-ın belə bir rəy yaratmaq cəhdi İrana zərbə endirmək niyyəti ilə bağlıdır. Sadəcə olaraq, ictimai fikri İran və digərlərinin üzərindən yayındıraraq Cənubi Qafqaza yönəltmək istəyirdilər. Bu da reallıqda baş verdi.

Ancaq onların dedikləri Cənubi Qafqazda yox, İran ətrafında, İran tərəfdarlarına qarşı əməliyyatların keçirilməsi ilə gerçəkləşdi. Həmin əməliyyatlar yəqin ki davam edəcək. ABŞ-ın yaydığı xəbərdarlıq isə həqiqəti əks etdirmir”.

Səxavət Məmməd

www.yenicag.az

1720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv