!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin ticari xam neft ehtiyatları azaldı

!Reklam – Yazi

ABŞ-nin ticari xam neft ehtiyatları keçən həftə üzrə ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 1 milyon 500 min barel azalıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 1 milyon 500 min barel azalaraq 452 milyon 200 min barelə düşdüyünü açıqlayıb.

Kommersiya ehtiyyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 1 milyon 500 min barel azalaraq 347 milyon 200 min barelə düşüb. Sözügedən dövr ərzində ABŞ-nin benzin ehtiyatları 2 milyon 500 min barrel azalaraq 219 milyon 500 min barelə geriləyib.

Qeyd edək ki, EIA-nın “İyun Qısamüddətli Enerji Görünüşü Hesabatı”na əsasən, ABŞ-nin orta gündəlik xam neft hasilatının bu il 12 milyon 610 min barel, gələn il isə 11 milyon 890 min barel olacağı gözlənilir.

www.yenicag.az

652
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv