!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin Ukraynaya dəstəyi ölkədə narahatlıq doğurur - Amerikalı tarixçidən ETİRAZ

!Reklam – Yazi

“Kiyevin yeni silah tədarükünə hədsiz hərisliyi ABŞ-nin dünyada nüfuzuna, eləcə də ölkənin müdafiə qabiliyyətinə zərbə vurdu”.

Yenicag.az xəbər verir ki, bunu amerikalı tarixçi Viktor Davis Hanson Rusiya-Ukrayna müharibəsində ABŞ-nin rolu haqqında “American Greatness” üçün yazdığı məqalədə qeyd edib.

Tarixçi bildirib ki, Amerika arsenallarının azaldılması tempinə baxsaq, tezliklə Vaşinqton Ukrayna və Tayvanın tələblərini, öz ordusunun ehtiyaclarını ödəyə bilməyəcək:

“Kiyev növbəti dəfə yeni silah tədarükü üçün yalvarır. Ukrayna ABŞ-dən ehtiyaclarını azaltmasa, Vaşinqton dolaşan Ukrayna düyününü kəsməlidir.

Amerikalı ekspertlər dəfələrlə Amerika ordusunun döyüş hazırlığı ilə bağlı şübhələrini bildiriblər. Məsələn, prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Robert O’Brayen qeyd edib ki, yalnız dəniz piyadaları və nüvə qüvvələri yüksək effektivliyə malikdir, silahlı qüvvələrin digər qollarının potensialı isə zəif və çox zəif qiymətləndirilir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv