!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin Ukraynaya yardım LABİRİNTİ: Vaşinqton Kiyevə “sürpiz”i necə tamamlayacaq?

!Reklam – Yazi

“Amerika cəmiyyətinin müəyyən kəsimi Ukraynaya sərf olunan milyardların xalqın rifahına yönləndirilməsini tələb edir”.

Bu fikirləri ABŞ Konqresinin hökumətin fəaliyyətinin Ukrayna və İsrailə yardım nəzərdə tutulmadan maliyyələşdirilməsi haqda qərarını şərh edən ekspert Əlabbas Məhərrəmov  Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ABŞ siyasi elitasında Ukraynaya yardımların davam etdirilməsi ilə bağlı tərəddüdlər xeyli artıb:

“Bildiyiniz kimi, Rusiyanın Ukraynaya hərbi təcavüzünün davam etdiyi müddət ərzində Kiyevə ən geniş maddi-hərbi yardım ABŞ tərəfindən göstərilib. Başqa sözlə desək, ABŞ-nin yardımları olmasaydı, Rusiya Ukraynanın işğalını hələ ötən il gerçəkləşdirə bilərdi.

Ancaq Ukraynada müharibənin uzanması və bu da azmış kimi, Yaxın Şərqdə gərginliyin yenidən alovlanması ABŞ-nin işini xeyli çətinləşdirib. Göründüyü qədər, ABŞ indiki şəraitdə həm Ukraynaya, həm də İsrailə genişmiqyaslı yardım göstərmədə tərəddüd edir.

Bunun bir səbəbi ölkənin öz maliyyə-iqtisadi durumundadır. Çünki bu barədə çox danışılmasa da, Amerika cəmiyyətinin müəyyən kəsimi Ukraynaya sərf olunan milyardların xalqın rifahına yönləndirilməsini tələb edir.

Eyni zamanda, gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində cəmiyyətin dəstəyini itirmək istəməyən demokratlar çətin dilemma qarşısında qalıblar. Hər halda, Ukraynaya yardımlarla bağlı özünü göstərən narazılıqların seçkilər zamanı daha da qabarması istisna edilmir.

Ancaq hesab edirəm ki, ABŞ ən azı öz reputasiyasını qorumaq və Rusiyanın yenidən ayaqlanmasına imkan verməmək üçün Ukraynaya yardımları kəsməyəcək. Bununla belə, yardımların həcminin əvvəlki qədər olub-olmayacağı sual altındadır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv