!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin vasitəçiliyi ilə baş tutan danışıqlar: "Rusiyaya qarşı göstərdiyimiz dirəniş nəticəsində..."

!Reklam – Yazi

“Paşinyan Qarabağı Azərbaycanın tərkibində görürsə, Qarabağda olan terror dəstəsini çıxarmalı və maliyyə yardımını dayandırmalıdır”.

Bu fikirləri ABŞ-nin Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarında rolunu dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, ABŞ-nin mövqeyi Azərbaycanın mövqeyinə daha uyğundur:

“Müharibədən 2 ildən çox müddət keçib. Bu müddət ərzində ABŞ-nin mövqeyində irəliyə doğru ciddi dəyişikliklər var. ABŞ istəyir ki, problem həll olunsun.

ABŞ-nin İrəvandakı səfirinin dili ilə də deyildi ki, Qarabağın Azərbaycanın tərkibində olması şərti ilə məsələ həll olunmalıdır. Bu, irəliyə doğru atılmış addımdır. Əvvəl belə deyildi.

Aparılan siyasət nəticəsində, eyni zamanda, Rusiyaya qarşı göstərdiyimiz dirəniş nəticəsində də ABŞ-nin mövqeyində dəyişiklik baş verdi.

ABŞ də istəyir ki, rus qoşunları bölgədə olmasın. Bütün bunlara baxmayaraq, Ermənistan ənənəvi erməni siyasətini həyata keçirir, zamanı uzatmağa çalışır.

Əgər Paşinyan Qarabağı Azərbaycanın tərkibində görürsə, Qarabağda olan terror dəstəsini çıxarmalı və maliyyə yardımını dayandırmalıdır.

Dünyaya bəyan etmişik ki, sülh yolu ilə problemi həll etmək istəyirik. Ermənistan buna hazır deyil. Öz mövqeyimdə qalıram, antiterror əməliyyatı keçirilməlidir. Başqa variant yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv