!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ qoşunlarını bu ölkədən çıxarır

!Reklam – Yazi

ABŞ hərbi çevrilişdən sonra hakimiyyətə gələn administrasiyanın tələbi ilə hərbi kontingentini Nigerdən çıxarmağa razılaşıb.

Yenicag.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, qoşunların çıxarılması barədə qərar Vaşinqtonda ABŞ dövlət katibinin müavini Kurt Kempbell və Niger baş naziri Əli Mahamane Lamin Zeyn arasında keçirilən görüşdən sonra qəbul edilib.

Qeyd olunur ki, ABŞ Sahara səhrasında Aqadez yaxınlığında yerləşən pilotsuz uçuş aparatları bazasını bağlamağa razılaşıb.

Təxminən 1000 hərbçinin nizamlı şəkildə geri çəkilməsini təmin etmək üçün ABŞ nümayəndə heyətinin bir neçə gün ərzində Niameyə gedəcəyi gözlənilir.

26 iyul 2023-cü ildə Nigerdə hərbçilər Məhəmməd Bazumun ölkə prezidenti vəzifəsindən devrilməsini və respublikanın sərhədlərinin bağlandığını elan etdilər. Ordu generalı Abdurahman Tchiani ölkənin yeni lideri elan edilib.

Lamina Zein keçid hökumətinin baş naziri oldu. 21 nəfərdən ibarət nazirlər kabineti formalaşdırılıb. Nazirlər Kabinetinə həm hərbçilər, həm də mülki şəxslər daxil idi.

Keçən ay Niger də ABŞ ilə 12 illik hərbi əməkdaşlıq müqaviləsini ləğv edib. Son həftələrdə Nigerə onlarla rus hərbi təlimatçı və ən son hava hücumundan müdafiə sistemi çatdırılıb.

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv