Ads by Google

hightechnic
Ads by Google

ABŞ-ın Suriyada Rakka əməliyyatını gələn ilin aprel-may ayına təxirə salmasını elan etdikdən sonra İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinin özünün 700 xüsusi təlim keçmiş döyüşçüsünü Əl-Baba göndərdiyi bildirilir.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Rakka əməliyyatını təxirə salmaq qərarının arxasında İŞİD-in Türkiyə ordusuna daha ciddi müqavimət göstərməsini təmin etmək məqsədi dayanır.

Qeyd olunur ki, ABŞ Türkiyənin Əl-Bab şəhərini İŞİD-dən azad etmək əməliyyatının uğurlu gedişatından narahat olaraq, terror şəbəkəsini gücləndirən təcili addım atıb. Bir müddət əvvəl terrorçu PKK-nın Suriya qolu olan PYD ilə Rakkanın azad edilməsi əməliyyatına başladığını bəyan edən ABŞ türk əsgərlərinin Əl-Bab şəhərinə doğru irəliləməsi səbəbindən taktikasını dəyişib. ABŞ-ın Rakka əməliyyatını təxirə salması ilə nəfəs dərmək imkanı qazanan İŞİD özünün 700 seçmə döyüşçüsünü Əl-Babın müdafiəsinə göndərib.

Bildirilir ki, ABŞ Türkiyənin Əl-Bab şəhərini İŞİD-dən azad etdikdən sonra Aralıq dənizinə qədər uzatmağı planlaşdırdığı dəhlizin bağlanacağından narahatdır. Eyni zamanda, Türk ordusunun Əl-Babı azad etdikdən sonra PYD-nin nəzarətinə verilmiş Münbiçə yönələcəyinin fərqindədir. Ona görə də, ABŞ İŞİD-i gücləndirməklə, Əl-Babın azad edilməsini ləngitməyi düşünür. Bu arada isə ABŞ-ın Kamışlı, Ayn Əl Ərəb (Kobani) və Telabyatdan Münbiçə yüzlərlə kürd ailəsi yerləşdirərək, şəhərin demoqrafik vəziyyətini dəyişməyə çalışdığı haqda xəbərlər də yayılıb.

Araz Zeynalov
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."