!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Rusiyada inqilab PLANLAŞDIRIR – Narışkin sirləri AÇDI

!Reklam – Yazi

ABŞ Rusiyada inqilab planlaşdırır.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri direktoru Sergey Narışkin deyib.

O bildirib ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi arasında dialoq dünyada vəziyyətin çox riskli sərhədə yaxınlaşdığı şəraitdə təhlükəli hadisələrin qarşısını ala bilər.

“Bir daha vurğulamaq istəyirəm ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, dünyanın iki ən nüfuzlu kəşfiyyatı, iki ən güclü nüvə gücünün kəşfiyyat xidmətləri arasında dialoq həmişə faydalıdır”, – Narışkin deyib.

Onun sözlərinə görə, Qərb öz maraqları naminə müxtəlif ölkələrdə, ilk öncə Rusiyada inqilab təşkil etməyi düşünür.
“Qərb öz maraqları naminə müxtəlif ölkələrdə, ilk öncə Rusiyada inqilab təşkil etməyi düşünür. Lakin bu, heç bir nəticə verməyəcək. Ərəb baharı adlandırılan xaosu, minlərlə insanın ölümü və dağıntısı ilə onların faciəsi də onların vicdanındadır. Ukrayna məsələsi də Qərb ölkələrinin, ilk növbədə ABŞ-nin vicdanındadır.
Avromaydan faciəsi, nəticələrini dünyanın bu günə kimi hiss etməkdə davam edir”, – Narışkin qeyd edib.
O, xəbərdarlıq edib ki, Qərb Rusiyada sabitliyi pozmaq üçün planlar quraraq, onların yaratdıqları anti-Rusiya müxalifətini gücləndirməyə və ölkədə sabitliyi pozmağa çalışır.

Xuraman Etibarlı

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv