!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Rusiyanın boğazını buraxmır: Neft idxalı qadağan ediləcək - Nensi Pelosidən MÜHÜM BƏYANAT

!Reklam – Yazi

ABŞ Konqresində Rusiyadan neft idxalını qadağan edən qanun layihəsi hazırlanır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıqlayıb.

Pelosinin sözlərinə görə, Rusiyanın təcrid edilməsi çərçivəsində bu ölkədən neft idxalını qadağan edən qanunvericilik variantları nəzərdən keçirilir.

Bundan başqa, ABŞ Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünü bloklamaq üçün zəruri addımları da atacaq:

“Bizim nəzərdə tutduğumuz qanunda Rusiyadan ABŞ-yə neft və enerji daşıyıcılarının idxalı qadağan olunacaq, onunla, həmçinin Belarusla ticarət əlaqələrinin sıfırlanması öz əksini tapacaq.

Eyni zamanda, Rusiyanın ÜTT-yə üzvlüyündən imtina üçün ilk addım atılacaq və müvafiq icra hakimiyyətləri orqanları Rusiyadan idxal olunan məhsullara rüsumları artırmaq səlahiyyəti veriləcək”.

Spiker əlavə edib ki, ABŞ-nin Ukraynaya 10 milyard dollar həcmində yardım məsələsi də bu həftə həll olunacaq.

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv