!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Rusiyaya kömək edən şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək

!Reklam – Yazi

Amerika Birləşmiş Ştatları Ukraynada müharibə üçün Rusiyaya texnologiya almağa kömək edən fiziki şəxslərin və şirkətlərin transmilli şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Canet Yellen bildirib.

Balidə keçirilən G20 sammiti çərçivəsində Yellen qeyd edib ki, sanksiyalar maliyyə vasitəçiləri də daxil olmaqla 14 nəfərə və 28 hüquqi şəxsə aid ediləcək.

“Bu, Rusiyanın hərbi həmlələrinə mane olmaq üçün bizim böyük səylərimizin bir hissəsidir”, – deyə o qeyd edib.

Yellen həmçinin Rusiyanın satınalmalarını dayandırmaq üçün nəzərdə tutulan sanksiyaların hansı texnologiyalara tətbiq olunacağı barədə də dəqiq məlumat verməyib.

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv