!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Rusiyaya sanksiyaları genişləndirdi - TƏFƏRRÜAT

!Reklam – Yazi

ABŞ Rusiyaya qarşı məhdudiyyətləri genişləndirərək 18 fiziki şəxs və onlarla şirkəti, o cümlədən “Sberbank” və “Alfa Bank”la əlaqəli olanları sanksiyalar siyahısına daxil edib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Bu siyahıya əsasən, sanksiyalara Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev, Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev, Moskva meri Sergey Sobyanin, digərlərini də əhatə edib.

Sanksiyalar Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin, Rusiya ədliyyə naziri Konstantin Çuyçenko və prezident administrasiyasının rəhbəri Anton Vaynoya da şamil edilib.

Eyni zamanda, sanksiyalar Rusiya xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızına da aid edilib./Axar/

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv