!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ sanksiyalarla İranı bu yoldan döndərə bilməyəcək” - ŞƏRH

!Reklam – Yazi

“İran illərdir ki, nüvə silahını əldə etməyə çalışır. Və bu yolda müəyyən bir məsafəni artıq qət edib. ABŞ isə təəssüf ki, hələ real təzyiqlərə keçməyib”.

Bunu ABŞ Dövlət Katibi Entoni Blinkenin İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa dəvət etməsinin yaxın perspektiv üçün nəticələrindən danışan politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ABŞ Dövlət Katibi Entoni Blinkenin İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa dəvət etməsi yeni təşəbbüs deyil:

“ABŞ mütəmadi olaraq İran hakimiyyətini nüvə silahı xülyasından əl çəkməyə çağırıb. Ancaq hər zaman İran bu dəvətə öz etirazını bildirərək fəaliyyətini davam etdirib.

Yenə də eyni mövqenin sərgilənməsini müşahidə edəcəyik. Başqa bir addımı ehtimal etmək belə olmur. İran illərdir ki, nüvə silahını əldə etməyə çalışır. Və bu yolda müəyyən bir məsafəni artıq qət edib. ABŞ isə təəssüf ki, hələ real təzyiqlərə keçməyib. Sanksiyalar tətbiq etməklə İranı yolundan döndərə biləcəyini zənn edir. Lakin İranın nüvə silahı əldə etmək yolunda işləri tam yolundadır.

Əgər ABŞ və Avropa İranı bu yoldan döndərmək istəyirlərsə, daha ciddi addımlar atmalıdırlar. İranın nüvə silahı əldə etməsi yalnız region ölkələri üçün deyil, bütün dünya üçün təhlükə və təhdiddir. Bu səbəbdən İranı nüvə silahındakı yolundan döndərmək, qarşısını almaq lazımdır. Bunun üçün isə dünyanın aparıcı güc mərkəzləri birgə fəaliyyət göstərməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv