!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ seçkiləri və Ukrayna savaşı: Putin müharibəni niyə uzatmağa çalışır?

!Reklam – Yazi

Rusiya prezidentinin Ukraynaya qarşı hərbi təcavüzü uzatmasının səbəblərinə dair yeni ehtimal irəli sürülüb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibəni ABŞ-da gələn il baş tutacaq prezident seçkiləinə qədər uzatmağı hədəfləyib.

ABŞ-nin bir sıra rəsmi şəxslərinin CNN-ə açıqlamasında qeyd olunur ki, Putin bununla prezident seçkilərində Co Baydenin məğlub olacağına və ABŞ-nin Ukrayna müharibəsinə münasibətinin dəyişəcəyinə ümid edir.

Onlar bildiriblər ki, Putin ABŞ-da seçkilərin keçiriləcəyi 2024-cü ilə qədər “ayaqda qalmağı” planlaşdırır. Həmin məmurlardan birinin sözlərinə görə, Putin ABŞ prezident seçkilərində Donald Trampın yenidən seçiləcəyinə arxayındır və bu halda onun Rusiyaya kömək edəcəyinə inanır.

Avropa İttifaqının (Aİ) təmsilçisi də CNN jurnalisti ilə söhbətində Ukraynada müharibənin uzadılması planının birbaşa Putinə məxsus olduğunu vurğulayıb.

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv