ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi

ABŞ səfirliyi Azərbaycana təşəkkür edib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib.

“Biz ABŞ bayrağını möhtəşəm memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirdiyi üçün mərkəzə öz minnətdarlığımızı bildiririk. Belə çətin zamanda bu, ABŞ-la Azərbaycan arasındakı həmrəyliyin və iki millət arasında olan dostluğun nümunəsidir. Biz birlikdə Covid-19 pandemiyasına qalib gələcəyik!”, – deyə qeyd olunub.