Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ terrorçuların “xəbərçisi”nə çevrilib: “Türkiyə vuracaq, qaçın”

Türkiyənin Suriya və İraqda terrorçu PKK-ya qarşı keçirdiyi əməliyyatla bağlı ciddi detallar aşkarlanıb.

Yeniçağ.Az Türkiyə mediasıana istinadən xəbər verir ki, ABŞ-ın Türkiyə Silahlıq Qüvvələrinin Sincar və Karaçokda həyata keçirdiyi, 100-ə yaxın terrorçunun məhv edildiyi hava əməliyyatı haqqında məlumatı PKK-ya ötürdüyü müəyyən edilib.

Məlumata görə, PKK-nın Suriya qollarına hərtərəfli dəstək verən ABŞ hərbi kontingenti Türkiyənin qeyd olunan hava əməliyyatından əvvəl etdiyi xəbərdarlığı terrorçulara ötürüb. ABŞ-ın həmin əməliyyatla bağlı terrorçulara xəbər sızdırdığını aşağıdakı detallar da təsdiqləyir:

*ABŞ komandanlığına bir neçə həftə əvvəl “Əsgərlərinizi sərhədlərimizdən 20-30 kilometr cənuba çəkin”, deyə xəbərdarlıq edən Ankara 25 aprel gecəsi başlayan əməliyyat haqqında beynəlxalq koalisiyanı məlumatlandırıb.

* Karaçok və Sincarda vurulacaq hədəflərin koordinatları ABŞ, Rusiya və Şimali İraq rəhbərliyinə bildirilib.

* Əməliyyatdan 2 saat əvvəl təqdim olunan bu informasiya ərazidəki ABŞ hərbi kontingentini hərəkətə keçirib.

*Ankara-Gölbaşı stansiyalarından izlənən ratsiya danışıqlarına əsasən, ABŞ komandanlığı əməliyyat haqqında məlumatı aldıqdan 18 dəqiqə sonra İraq və Suriyadakı bütün hərbi qruplaşmalara bu barədə xəbərdarlıq edib.

Yeniçağ.Az

Loading...

www.yenicag.az

471
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100