!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində hərbi yardım ayırdı

!Reklam – Yazi

Amerika Birləşmiş Ştatları noyabrın 3-də Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Onun ümumi dəyəri 425 milyon dollardır.

Yenicag.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Bu gün Müdafiə Departamenti Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün əlavə təhlükəsizlik yardımı elan etdi. Buraya, təcili döyüş ehtiyaclarını ödəmək üçün Müdafiə Nazirliyinin ehtiyat fondundan 125 milyon dollar ayrılıb”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, uzunmüddətli perspektivdə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsündən (USAI) 300 milyon dollar da ayrılıb.

Söhbət 2021-ci ilin avqust ayından Müdafiə Nazirliyinin ehtiyatlarından Ukraynaya veriləcək əllinci tranşdan gedir. Yardıma zenit-raket sistemləri – NASAMS üçün əlavə sursat, Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) üçün əlavə sursat, 155 və 105 mm çaplı artilleriya mərmiləri, boru ilə buraxılan, optik izlənən, məftillə idarə olunan (TOW) raketlər, “Javelin” və AT-4 tank əleyhinə sistemlər, 3 milyondan çox atıcı silah və qumbaraatan, maneələri aradan qaldırmaq üçün sökülmə sursatları, M18A1 Claymore piyada əleyhinə sursat və s. daxildir. Ukrayna pilotsuz təyyarə sistemləri ilə mübarizə üçün əlavə lazerlə idarə olunan sursat da alacaq./Azertag/

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv