!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Ukraynaya bunu etməsi üçün icazə vermədi

!Reklam – Yazi

Pentaqonun internetə sızan gizli materiallarında yeni məsələ ortaya çıxıb. Məlum olub ki, 2023-cü il fevralın 24-də, “xüsusi hərbi əməliyyat”ın başlanmasının ildönümündə rəsmi Kiyev Moskva və Novorossiyskə zərbələr endirməyi planlaşdırıb. Lakin ABŞ Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə zərbə üçün yaşıl işıq yandırmayıb.

Yenicag.az xəbər verir ki, bu məlumatı “Rusiya zabitləri” Ümumrusiya Təşkilatının rəyasət heyətinin üzvü, ehtiyatda olan polkovnik-leytenant Roman Şkurlatov verib.

O bildirib ki, burada başqa bir sensasiya da var:

“Xüsusi əməliyyatın başlanmasının ildönümündə ABŞ hərbi rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin Moskva və Novorossiyskə zərbə endirməsini təsdiq etməyib. Bu fakt bir daha təsdiqləyir ki, Ukraynanın bütün hüquq-mühafizə orqanları tamamilə kənardan idarə edilir və ABŞ-yə tabedir”.

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv