!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ Ukraynaya uzaqmənzilli JDAM-ER bombaları göndərəcək” - KİV

!Reklam – Yazi

ABŞ Ukraynaya “Boeing” şirkəti tərəfindən istehsal edilən, 72 kilometrdən çox məsafəyə malik olan uzaqmənzilli JDAM-ER bombaları təhvil verəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, JDAM-ER bombaları GPS vasitəsilə idarə olunur.

Qeyd edək ki, bu bombalar ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunur və həmçinin 26-dan çox ölkəyə satılıb. Onlar 220-900 kiloqrama qədər çəkisi olan idarə olunmayan bombalara quraşdırıla bilər. Nəticədə həmin döyüş sursatları idarə olunan bombalara çevrilir və bu da uçuş məsafəsinin üç dəfə artmasına səbəb olur. JDAM-ER Avstraliya Hərbi Hava Qüvvələri ilə əməkdaşlıqda hazırlanıb.

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv