!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqladı

!Reklam – Yazi

Ukrayna yeni hərbi yardım paketi çərçivəsində ABŞ-dən 1,2 milyard dollar dəyərində silah alacaq.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, paketə hava hücumundan müdafiə sistemləri və onlar üçün sursatlar, dron əleyhinə sistemlər üçün döyüş sursatları,155 mm-lik artilleriya mərmiləri, kommersiya peyk təsvirləri xidmətləri üçün vəsait, əsgər hazırlığı avadanlıqları və s. daxildir.

Silahlar USAI (Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü) çərçivəsində, yəni Müdafiə Nazirliyinin ehtiyatlarından deyil, müəssisələrdən və ya tərəfdaşlardan satınalma yolu ilə təmin ediləcək.

Pentaqondan bildirilib ki, hərbi yardımlar sayəsində Ukrayna qısa müddətdə öz silahlı qüvvələrinin potensialını artırmaq imkanları əldə edəcək.

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv